Loading...

GESCO 2019-cu ildə fərqlənmiş əməkdaşlarını təltif etdi

Image not found!

GESCO 2019-cu ildə fərqlənmiş əməkdaşlarını təltif etdi

Ölkənin paytaxtı və müxtəlif bölgələrində mühafizə xidmətini həyata keçirən GESCO şirkəti 2019-cu ildə işində fərqlənmiş 111 əməkdaşını, o cümlədən xidmət rəisləri və mühafizəçilərini xüsusi sertifikatlar ilə təltif edib.

Bu əməkdaşlardan 10 nəfər: Əhmədzadə Elçin, Kazımov Ruslan, Əsədov Həsənağa, Kərimov Rəşad, Hümbətov Fərid, Mustafayev Rasim, Əhmədov Razi, Ələkbərov Elnur, Əliyev Turan və Məmmədov Afiq "Fəxri əməkdaş" xüsusi sertifikat, 101 nəfər isə "Təşəkkürnamə" ilə təltif edilib.

Mükafatlandırma tədbirində iştirak edən “GESCO” ASC-nin direktoru Vaqif Həsənov, Ümumi işlər üzrə direktor müavini Samir Şəmiyev və Əməliyyat üzrə direktor müavini Ramiz Qaytmazov mühafizə işinin təşkili və icrasında peşəkarlığa görə əməkdaşlara minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Qeyd edək ki, 2005-ci ildə lisenziya əsasında fəaliyyətə başlayan GESCO ASC mühafizə işinin təşkili istiqamətində xidmət göstərir. Bu müddət ərzində yalnız Azərbaycanın paytaxtı Bakı şəhərində deyil, eləcə də Respublikanın müxtəlif bölgələrində 500-dən çox layihədə mühafizə xidmətini yüksək səviyyədə həyata keçirib.

Hazırda GESCO ASC 1200 nəfərdən çox sertifikatlaşdırılmış professional işçi heyəti ilə 120-dən çox layihədə mühafizə xidmətini həyata keçirir. Şirkət daxilində fəaliyyət göstərən xüsusi Təlim-Tədris Mərkəzi əməkdaşların mütəmadi olaraq bilik və bacarıqlarını artırmasına şərait yaradır.

Şirkət fiziki mühafizənin təşkili ilə yanaşı video müşahidə, tədbirlərin mühafizəsi, SƏTƏM xidmətləri, eləcə də İnformasiya təhlükəsizliyinin təşkili funksiyalarını da yerinə yetirir.