Loading...

“Mühafizə işi və insan hüquqları” mövzusunda təlim

Image not found!

“Mühafizə işi və insan hüquqları” mövzusunda təlim

22-26 iyul tarixlərində İsveçrənin “SAFESTAINABLE GLOBAL” şirkəti tərəfindən əməkdaşlarımıza təlimlər keçirildi. Təlim İsveçrədən dəvət olunmuş, adıçəkilən ölkənin silahlı qüvvələrində 22 il xidmət etmiş və bu sahədə böyük təcrübəyə sahib hüquqşünas/ekspert Raoul Farster tərəfindən həyata keçirildi. 5 gün davam edən təlimlər zamanı iştirakçılar insan hüquqlarına, mühafizə xidməti zamanı bu hüquqların qorunmasının təmininə dair bilik və bacarıqlara yiyələndilər. Eyni zamanda praktik tapşırıqlar, situativ məşğələlərlə təlimdən əldə olunan biliklər dərinləşdirildi.

Qeyd edək ki, “SAFESTAINABLE GLOBAL” şirkəti dünya üzrə biznes və təhlükəsizliyə dair konsultasiya xidməti göstərən İsveçrənin ən nüfuzlu şirkətlərindən biridir. Beynəlxalq təcrübə əsaslı bu cür təlimlərin keçirilməsində məqsəd isə mühafizə işinin təşkilində cavabdehlik daşıyan əməkdaşların müvafiq sahədə məlumatlılığını genişləndirmək, həmçinin proseslərə daha peşəkar yanaşmanı təmin etməkdir.

Öyrənmə və inkişaf adına təlimdə iştirak edən əməkdaşlarımıza təşəkkür edirik!

Ətraflı: https://www.facebook.com/share/p/5xQDRhuLpZyGoGbJ/