Loading...

Şirkət haqqında

image not found! image not found!
Şirkət haqqında

Güvəndə olmağınız üşün çalışırıq

GESCO fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən GESCO, Bakı şəhəri də daxil olmaqla, Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, OHSAS 18001 keyfiyyət sisteminin tələblərinə uyğun həyata keçirir.

GESCO mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 1200-dən artıq güvənilən və öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən 110-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.

Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən GESCO beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli, peşəkar xidməti birləşdirir.

Yerli və beynəlxalq təcrübəyə əsaslanan xidmət göstərmək başlıca prioritetimizdir.
15 illik təcrübə

Tariximiz

2005-ci il, mayın 26-da yaradılan “GESCO” ASC “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi razılığı (lisenziyası) əsasında fəaliyyət göstərir. Yalnız Bakıda deyil, respublikamızın müxtəlif bölgələrində də mühafizə işini təşkil edir və Sizlərə 15 illik “təhlükəsizlik tədbirləri” təcrübəsini təklif edirik.

İlbəil əməkdaşlarımızı, fəaliyyət istiqamətlərimizi və xidmət səviyyəmizi təkmilləşdirir, Sizlərə etibarlı və keyfiyyətli xidmət təqdim etmək üçün çalışırıq. 2017-ci ilədək yerli təcrübələrdən, 2017-ci ildən etibarən isə beynəlxalq təcrübələrdən istifadə etməklə inkişafa, dünyəvi praktikaya və daha da dəyərli xidmət göstərməyə can ataraq, ISO standartlarının tətbiqinə başlamışıq.

2005
Yaranma tariximiz

GESCO 26.05.2005-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı əsasında fəaliyyətə başlamışdır. Öncələr az sayda əməkdaşları olan şirkət, hazırda 1000-dən çox işçi ilə peşəkar xidmət təqdim edir.

İlk müqaviləmiz

01.09.2005-ci ildə, Azərbaycan Dövlət İqtisad Universiteti ilə ilk əməkdaşlıq fəaliyyətinə başlamış GESCO indiki vaxtadək bu universitet ilə çalışmaqdadır.

2-ci müqaviləmiz

01.12.2005-ci ildə, 2-ci uğurlu iş birliyi yaratdığımız Azərtrans LTD ilə də hazırda işləməyə davam edirik. 15 ildir ki, ilk əməkdaşlıq etdiyimiz müəssisələrlə hələ də çalışmağımız, onların məmnuniyyətinin və bizim keyfiyyətli xidmətimizin nümunəsidir.

2014
İlk kütləvi tədbirin təşkili

2014-cü ildə Bakı şəhərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarının təşkili və mühafizəsinin bizə həvalə olunmasından qürur hissi duyuruq.

2015
Beynəlxalq təcrübə

2015-ci ildə keçirilmiş I Bakı Avropa Oyunlarında, digər mühafizə şirkəti ilə birlikdə bu tarixi tədbirin mühafizəsinin təşkilində iştirak etmişik.

2017
İlk beynəlxalq sertifikatımız

2017-ci ildə ISO 9001 standartını tətbiq edərək və auditdən uğurla keçərək sertifikat əldə etmişik.

2019
Güclü tərəfdaşlıqlar

2019-cu ildə Heydər Əliyev Mərkəzinin parkında “Azercell Telecom” MMC-nin təşkil etdiyi Rəqəmsal Səma Altında konsertinin mühafizəsi, peşəkar mühafizəçilərimiz sayəsində yüksək keyfiyyətlə, təhlükəsiz və uğurla təşkil olunmuşdur.