Loading...

Təhlükəsizlik sistemləri

image not found!

Təhlükəsizlik sistemləri

Peşəkar personal və texnologiyanın vəhdətini təmin edən GESCO şirkəti təhlükəsizlik sistemləri sahəsində sifarişçilərin və tərəfdaşlarının ehtiyaclarına uyğun xidmətlər təklif edir. Şirkət təhlükəsizlik sistemləri və obyektlərin mühafizəsi sahəsində fəaliyyətini beynəlxalq təcrübə və məlumat bazası ilə ən yüksək keyfiyyət standarlarına uyğun formada həyata keçirir. Təhlükəsizlik və mühafizə işində risklərin əvvəlcədən müəyyən olunması və dərhal aradan qaldırılması prinsipi ilə GESCO şirkəti, mühafizə olunan obyektlərin daimi müşahidəsinin təşkili, obyektlərə giriş və çıxışların, həmçinin obyektdaxili hərəkət istiqamətlərinin təhlükəsizliyinin təmin olunması, yanğından mühafizə və xidməti personalın effektiv mühafizəsini təmin edir.

GESCO müxtəlif infrasturuktur və obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı vasitələrin quraşdırılmasını və onlara texniki dəstəyi həyata keçirir: 

  • Giriş-çıxışa nəzarət sistemləri
  • Kamera sistemləri
  • Yanğın təhlükəsizlik sistemləri
  • X-ray cihazları
  • Qapı tipli və ya mobil metal detektorları