Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyi yarışları keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışın mühafizəsi “GESCO” ASC tərəfindən təmin olunub. 2 may tarixində başlayan və iki yaş qrupu aralığında keçirilən birincilik müsabiqəsi 5 mayda başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançıların iştirak etdiyi bu yarışın iştirakçılarına uğurlar arzulayırıq!
