Görüntülərdə GESCO-nun Cəbrayıl və Xocavənd rayonlarında xidmət göstərən heyətinin gündəlik fəaliyyəti əks olunub.
Şirkətin əməkdaşları bu ərazilərdə mühafizə xidmətinin təşkili, təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət və obyektlərdə ümumi təhlükəsizlik mühitinin təmin edilməsi istiqamətində fəaliyyət göstərirlər.