Loading...

İnformasiya təhlükəsizliyi dəstəyi

image not found!

İnformasiya təhlükəsizliyi dəstəyi

Dövrümüzdə texnologiyanın sürətli inkişafı, internet üzərində formalaşan iqtisadiyyatın çəkisinin artması və məlumat daşıyıcılarının elektronlaşması informasiya təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır.

Fiziki mühafizə ilə yanaşı informasiya mühafizəsini təklif edən GESCO, müştərilərə və tərəfdaşlarına İnformasiya təhlükəsizliyi səviyyəsinin diaqnostikası və İT mühafizə üzrə məsləhət xidmətləri təqdim edir.

İT mütəxəssislərimizin yüksək peşəkarlığı, şirkətin müvafiq sahədə zəngin iş təcrübəsi və müasir texnologiyalarla işləmə bacarığı qeyd olunan funksiyaların güvənilən və etibarlı şəkildə yerinə yetirilməsinə imkan verir.

Şirkətimizin İT təhlükəsizliyi istiqamətində göstərdiyi xidmətlər aşağıdakılardır:

  • Ərazidə şəbəkə sisteminin yaradılması
  • Elektron vasitələrin satışı, təmiri və onlara texniki dəstəyin göstərilməsi
  • Proqram təminatlarının yazılması və onlara texniki dəstəyin göstərilməsi
  • İnformasiya təhlükəsizliyi səviyyəsinin diaqnostikası və İT mühafizə üzrə məsləhət xidmətləri