Loading...

GESCO ASC ISO 10005:2018 sertifikatına layiq görülüb.

Image not found!

GESCO ASC ISO 10005:2018 sertifikatına layiq görülüb.

GESCO ASC beynəlxalq standartlara uyğun fəaliyyətin təşkili və xidmət keyfiyyətinin davamlı inkişafı istiqamətində növbəti uğura imza atıb. Şirkət ISO 10005:2018 standartı üzrə uyğunluq sertifikatı əldə edib.

Sertifikat Bureau Veritas Certification tərəfindən təqdim olunub. Sənədə əsasən, GESCO ASC təhlükəsizlik xidmətlərinin göstərilməsi, o cümlədən fiziki mühafizə, müşahidə və əmlakın qorunması sahələri üzrə ISO 10005:2018 standartının tələblərinə uyğun qiymətləndirilib.

ISO 10005:2018 standartı keyfiyyət planlarının hazırlanması və tətbiqi üzrə beynəlxalq yanaşmanı əhatə edir. Bu sertifikatın əldə olunması GESCO ASC-nin xidmət proseslərini planlı, sistemli və nəzarətli şəkildə idarə etdiyini, müştəri tələblərinə uyğun xidmət göstərilməsi və keyfiyyətin davamlı artırılması istiqamətində beynəlxalq standartlara əsaslanan yanaşma tətbiq etdiyini göstərir.

Qeyd edək ki, GESCO ASC daha əvvəl də beynəlxalq standartlar üzrə sertifikatlara layiq görülüb. Şirkətin idarəetmə sistemi ISO 9001:2015 keyfiyyət idarəetmə sistemi, ISO 14001:2015 ətraf mühitin idarə edilməsi sistemi və ISO 45001:2018 əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi standartları üzrə sertifikatlaşdırılıb.