8 oktyabr tarixində 40-dan artıq əməkdaşımız tərəfindən ”GESCO” ASC təbiətin mühafizəsində!”, “Təbiəti mühafizə” şüarları altında Nardaran çimərliyində təmizlik aksiyası keçirildi və çimərlik ərazisi tullantılardan təmizləndi. Aksiyanın əsas mesajı ekoloji problemlərə, təbiətin, ətraf mühitin təmizliyinə diqqət çəkmək və insanları təbii ehtiyatlara qarşı daha məsuliyyətli davranmağa səsləməkdir.
“GESCO” mühafizə şirkəti olaraq dünyanı əhatə edən bu cür sosial aksiyada iştirak etməkdən qürur duyuruq və təbiətin mühafizəsində həmrəylik göstərən əməkdaşlarımıza təşəkkür edirik!