Loading...

“Mühafizə sahəsində müasir çağırışlar” mövzusunda tədbir keçirilib

Image not found!

“Mühafizə sahəsində müasir çağırışlar” mövzusunda tədbir keçirilib

27 dekabr tarixində “GESCO” ASC-nin rəhbər heyəti üçün “Mühafizə sahəsində müasir çağırışlar” mövzusunda tədbir keçirilmişdir. Tədbirin məqsədi əməkdaşların bilik və bacarıqlarının artırılması, mühafizə xidmətinin təşkilində qabaqcıl texnologiya və təcrübənin, yeniliklərin öyrənilməsi, idrəetmədə elektron həllərin tətbiqi olmuşdur.

Mühafizə işinin optimallaşdırılması, alternativ xidmətlərin yaradılması, mühafizə xidmətində innovativ yanaşmalar və digər aktual məsələlər barədə fikir mübadilələri aparılmış, prioritet hədəflər müzakirə olunmuşdur.

Standart əməliyyat prosedurları, risklərin idarə edilməsi və baş verə biləcək hadisələr zamanı xidmətin təşkili mövzularında situativ qrup işləri icra edilmişdir.