Loading...

İlin yekununa dair hesabat tədbiri keçirilib

Image not found!

İlin yekununa dair hesabat tədbiri keçirilib

Dekabrın 20-də GESCO Security şirkəti tərəfindən 2023-cü ilin yekununa həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə il ərzində həyata keçirilən yeni layihələr, idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülən işlər, qazanılan uğur və nailiyyətlərə dair müzakirələr aparılıb. Rəsmi və praktik hissədən ibarət görüşdə hesabatlar dinlənildikdən sonra iştirakçılar arasında əməkdaşlığa təşviq edən oyunlar keçirilib. Həmçinin sonda 2023-cü ildə öz peşəkar fəaliyyətləri ilə fərqlənən əməkdaşlar fəxri diplom və təşəkkürnamə ilə təltif olunub.


Qeyd edək ki, hər yarımilin tamamında keçirilən bu tədbirlərin məqsədi əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, həmçinin fəaliyyətlər üzərində refleksiya aparmaq və hesabatlılığı təmin etməkdir.

 

Resim önizleme

Resim önizleme

Resim önizleme

Resim önizleme