Loading...

“GESCO” şirkəti “YAŞAT” fonduna 50 000 manat ianə etdi

Image not found!

“GESCO” şirkəti “YAŞAT” fonduna 50 000 manat ianə etdi

“GESCO”  mühafizə şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” fonduna 50.000 manat vəsait ianə edib.

“Yaşat” Fondu Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Qeyd edək ki, GESCO, fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən GESCO, Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, OHSAS 18001 keyfiyyət sisteminin tələblərinə uyğun həyata keçirir.