Avqustun 4-də keçirilən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022-2023-cü tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanının mühafizəsi GESCO Security tərəfindən təşkil olunmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sifarişi əsasında həyata keçirilən xidmət zamanı GESCO əməkdaşları imtahan iştirakçılarının imtahan ərazisinə buraxılışını, imtahan binasına giriş və çıxışa nəzarəti tənzimləmişdir.
Qeyd edək ki, mühafizəsi GESCO Security tərəfindən təmin olunan Azərbaycan-Fransız Universitetinə bakalavr pilləsi üzrə qəbul imtahanında 500-dən artıq abituriyent iştirak etmişdir.
İmtahanlarda iştirak edən abituriyentlərə uğurlar arzulayırıq!
GESCO – dəyər verdiklərinizi qoruyuruq!