Loading...

”Mühafizədə innovativ strategiyalar” mövzusunda tədbir

Image not found!

”Mühafizədə innovativ strategiyalar” mövzusunda tədbir

12 iyul tarixində "GESCO" ASC-nin rəhbər heyəti üçün tədbir keçirilib. Şirkətin yarımillik fəaliyyətini əhatə edən tədbirdə yanvar-iyun ayları ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və mövcud çətinliklər müzakirə olunub. Tədbir zamanı struktur üzrə rəhbər heyətin hesabat xarakterli məruzələri, təklifləri dinlənilib, daha sonra qarşılıqlı əməkdaşlığı gücləndirməyə xidmət edən qrup işləri icra olunub.

Tədbirin məqsədi şirkətin mühafizə işində hədəf və strategiyalarının müəyyənləşdirilməsi, əməkdaşlar arasında komanda ruhunun inkişaf etdirilməsi, iştirakçılıq və kommunikasiyanın genişləndirilməsidir.

Hər bir uğurumuzda böyük əməyi olan dəyərli komandamıza təşəkkür edirik!

 

Bu resim için alternatif metin açıklaması yok

 

Bu resim için alternatif metin açıklaması yok

 

Bu resim için alternatif metin açıklaması yok

 

Bu resim için alternatif metin açıklaması yok