Dövlət Məşğulluq Agentliyi ilə “GESCO” ASC arasında əməkdaşlıq çərçivəsində “mühafizəçi” kursu təşkil olunacaq. Kurs Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edir.
Azərbaycan Respublikasının vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan, boyu 170 sm-dən yuxarı, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, minimum orta təhsilli kişi namizədlər kursda təhsil almaq üçün müraciət edə bilərlər.
Kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslər “GESCO” ASC tərəfindən mühafizəçi işi ilə təmin olunacaqlar.
Qeyd olunan tələblərə uyğun şəxslər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Məşğulluq Mərkəzi filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər.