Loading...

“Mühafizəçi” kursunun ilk qrupu üzrə təlimlər başlayır

Image not found!

“Mühafizəçi” kursunun ilk qrupu üzrə təlimlər başlayır

“GESCO” ASC ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq kursa indiyədək 148 şəxs müraciət edib. Müsahibə mərhələsində namizədlərin psixoloji durumları, sağlamlıq vəziyyətləri, iş bacarıqları əsas götürülür.

Kurs Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edir.

Kurs zamanı iştirakçılara Bakı Peşə Hazırlıq Mərkəzində nəzəri, “GESCO” ASC-də isə praktiki biliklər veriləcək. Kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslər “GESCO” ASC tərəfindən mühafizəçi işi ilə təmin olunacaqlar.

Azərbaycan Respublikasının vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan,  boyu 170 sm-dən yuxarı, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, minimum orta təhsilli kişi namizədlər kursda təhsil almaq üçün müraciət edə bilərlər.

Qeyd olunan tələblərə uyğun şəxslər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Məşğulluq Mərkəzi filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər.

Kursa qeydiyyat davam edir.