Sumqayıt şəhərində yaşayan əhalinin məşğulluğunun təmin edilməsi və boş olan vakansiyalara işçi qəbulu məqsədi ilə 16.12.2021-ci il tarixdə Dövlət Məşğulluq Agentliyinin 7 saylı Ərazi Məşğulluq filialında "GESCO" ASC-nin iştirakı ilə birgə "Açıq Qapı" günü keçirilmişdir.
Tədbirə mühafizə sahəsində işləmək istəyən işaxtaran və işsiz statusu almış 40-a yaxın namizədlər dəvət olunmuşdur. 4 saata qədər davam edən tədbirdə uyğun vakansiyalar üzrə işsiz vətəndaşlarla görüşülmüş, onlara GESCO şirkətinin Sumqayıt şəhəri üzrə mühafizə olunan layihələrindəki boş iş yerləri təklif edilmişdir.