Loading...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin edib

Image not found!

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin edib

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu - 2022” baş tutub. “Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizəsinin təmin edilməsində “GESCO” ASC şirkəti iştirak edib. 21 km məsafədə 15 min nəfərə yaxın iştirakçının yürüş etdiyi marafonun marşrutu üzrə ərazinin, o cümlədən iştirakçıların və vətəndaşların mühafizəsi digər qurumlarla koordinasiyalı şəkildə təmin edilib.

Tədbir çərçivəsində yarış zolağının və fan zonanın kritik infrastrukturunun mühafizəsi işi “GESCO” şirkətinin peşəkar şəxsi heyəti tərəfindən uğurlu şəkildə icra olunub. Şirkət əməkdaşları həmçinin marafonun sonunadək qonaqların, marafon iştirakçılarının və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasında önəmli rol oynayıb.

Qeyd edək ki, “Bakı marafonu - 2022” şirkətin idman sahəsində uğurla reallaşdırdığı ilk belə mötəbər tədbir deyil. Daha əvvəl də “UEFA AVRO - 2020” müsabiqəsinin Bakı şəhərində keçirilən 4 oyununun mühafizəsi şirkət tərəfindən təmin edilib. 

Yarandığı gündən etibarən idman sahəsinə göstərdiyi diqqət və qayğı ilə seçilən şirkət, bu istiqamətdə təşkil olunan tədbirlərinin mühafizəsinin təmin olunmasındakı təcrübəsi ilə də fərqlənməyi bacarıb. Ölkəmizdə idmanın inkişafına dəstək olmağı hədəfləyən şirkət, bu istiqamətdə icra olunan fəaliyyətlərə də öz töhfəsini verir.

2005-ci ildən etibarən fəaliyyət göstərən “GESCO” şirkəti mühafizə sahəsində beynəlxalq standartlara uyğun xidmət təklif edir. Fiziki mühafizə, videomüşahidə, tədbir və obyektlərin mühafizəsinin təşkili, ətraf mühitin mühafizəsi və İT dəstəyi şirkətin əsas fəaliyyət istiqamətləri arasında yer alır. Şirkət tərəfindən bu günədək dövlət əhəmiyyətli obyektlərin, müxtəlif təhsil və tibb müəssisələrinin, bank və şirkətlərin, səfirliklərin mühafizəsi həyata keçirilib. 

Bu gün “GESCO” ASC peşəkar şəxsi heyət və müasir standartlara uyğun xidmətlə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 160-dan çox tərəfdaş qurum və şirkətlə əməkdaşlıq edir.