Loading...

“GESCO” mühafizə şirkəti - 17 illik peşəkar xidmətin təminatçısı

Image not found!

“GESCO” mühafizə şirkəti - 17 illik peşəkar xidmətin təminatçısı

Gələcəyə etibarlı yatırım təkcə uğura yox, həm də onun etibarlı şəkildə mühafizəsi və nailiyyətlərin davamlılığının təmin olunmasına əsaslanır. Dinamik və dəyişkən dünya, texnoloji inkişafın sürətlənməsi fərdi biznesin və bir çox digər sahələrin peşəkar mühafizəsinin təşkilini dövrümüzün ən vacib ehtiyaclardan birinə, bəlkə də ən önəmlisinə çevirir.

Bir seçimdən daha çox mövcud reallığın zərurətinə çevrilən mühafizə anlayışı özündə etibarlılıq, peşəkarlıq və təhlükəsizliyi birləşdirən zəngin təcrübə tələb edir. Artıq 17 ildir ki, “GESCO” şirkəti mühafizə sahəsində qeyd olunan məqamları özündə birləşdirməyə davam edir. Öz fəaliyyəti və zəngin təcrübəsi ilə Azərbaycanın mühafizə sferasının öncüllərindən birinə çevrilən şirkət, təklif etdiyi xidmətlərin kəmiyyət və keyfiyyəti ilə, həmçinin tərəfdaşlarına verdiyi güvənlə bu adı doğrultmaqda davam edir.

“GESCO” şirkəti 17 illik təcrübəsi ilə fiziki və informasiya təhlükəsizliyi, infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizə, videomüşahidə və texniki dəstək, o cümlədən mötəbər tədbirlərin və qəbulların peşəkar təşkili kimi bir sıra xidmətlər təklif edir.

Şirkətin mənimsədiyi təməl yanaşma təkcə mühafizənin təmin edilməsi ilə deyil, həm də potensial təhlükələrin əvvəlcədən müəyyən olunması və qabaqlayıcı tədbirlərin görülməsini özündə ehtiva edir. Mühafizə olunan obyektlərin davamlı monitorinqi, giriş-çıxış və obyekt ətrafında hərəkətin mühafizəsi, yanğından mühafizə və texniki heyətin səmərəli mühafizəsi şirkətin öncəlik verdiyi əsas hədəflər sırasındadır.

Sağlam təməllər üzərində qurulan uğur hekayəsi

2005-ci il mayın 26-da fəaliyyətə başlayan “GESCO” mühafizə şirkəti, qısa zamanda ölkədəki mövcud rəqabət şəraitinə uyğunlaşmağı və yenilikçi yanaşması ilə bazardakı rəqiblərindən fərqlənməyi bacarıb. Mühafizə işinin peşəkar təşkilinə imkan verən təlim-tədris, beynəlxalq təcrübənin öyrənilməsi və dəyişən ehtiyaclara cavab verən xidmətlə şirkət, etibarlı və güvənilən tərəfdaşa çevrilib.

Kiçik, amma peşəkar heyətlə fəaliyyətə başlayan “GESCO” həmin ilin avqust ayında Azərbaycan Dövlət İqtisad Universiteti ilə ilk tərəfdaşlıq müaviləsinin bağlanmasına nail olub.

Qısa zamanda bu cür məsuliyyətli layihələrin uğurla həyata keçirilməsi şirkətin yenilikçi yanaşmasının, o cümlədən təcrübəli və peşəkar heyətinin özünü təsdiqi demək idi. Hal-hazırda da davam edən bu əməkdaşlıqlar “GESCO” şirkətinin arxada qoyduğumuz 17 il ərzində gözləntiləri tam şəkildə doğrultduğunun, etibarlı və güvənilən tərəfdaşa çevrildiyinin, şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə olan inamın ən böyük göstəricisidir.

Şirkət, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının mühafizəsinin təşkilində iştirak etmiş, 2019-cu ildə “Azercell Telekom” MMC-nin təşkil etdiyi “Rəqəmsal Səma” konsertinin, 2021-ci ildə isə Avro-2020 futbol çempionatının, o cümlədən Bakıda keçirilən azarkeş paradının mühafizəsini uğurlu şəkildə təmin etmişdir.

İnsan mərkəzli keyfiyyətli xidmət

Fəaliyyətə başladığı gündən etibarən ən yüksək hədəfləri öz fəaliyyət standartlarına çevirən GESCO, ilk olaraq texniki təchizatın və peşəkar heyətin formalaşdırılmasını əsas prioritet olaraq qəbul edib. Bu istiqamətlərin inkişaf etdirilməsi və kapital qoyuluşunun uğurlu yönləndirilməsi şirkətin tez bir zamanda yeni və etibarlı tərəfdaşlar qazanmasına səbəb olub.

Şirkət 2017-ci ildən etibarən ISO 9001, ISO 14001, ISO 45001 beynəlxalq standartlarının tələblərinə uyğun xidmətlər təklif etməklə, Azərbaycanın bir sıra regionlarında özəl və korporativ mühafizə işini həyata keçirməkdədir. Böyük peşəkar heyətə malik GESCO, yerli və peşəkar xidmətin beynəlxalq təcrübə və keyfiyyət standartları ilə birləşdirilməsini təmin edir.

Öz işinin peşəkarı və yüksək mənəvi keyfiyyətlərə malik təcrübəli işçi heyət üçün komanda ruhu, qarşılıqlı yardım və dəstək şəraitinin yaradılması şirkətin insan yönümlü fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. İnsan amilini əsas prinsip hesab edən şirkət 2018-ci ildən etibarən Ətraf Mühitin İdarəedilməsi Sistemi (ISO 14001), Əməyin mühafizəsi və Təhlükəsizliyinin İdarəedilməsi Sistemi (ISO 45001) və Keyfiyyətin İdarəolunması Sistemi (ISO 9001) daxil olmaqla İnteqrasiya edilmiş İdarəetmə Sistemini uğurlu şəkildə tətbiq edir.

Şirkət mühafizə sahəsində peşəkar və güvənilən tərəfdaş olmaqla yanaşı, həm də öz fəaliyyəti ilə cəmiyyətdə sosial məsuliyyət nümunəsi yaradır. Vətən müharibəsi iştirakçısı olan 220 əməkdaşına və torpaqlarımızın işğaldan azad edilməsi uğurunda canından keçmiş şəhidlərimizin ailələrinə mütəmadi olaraq qayğı göstərilməsi və onların təminatlarının yaxşılaşdırılması istiqamətində davamlı fəaliyyətlər icra edir.

Zəngin təcrübə gələcək uğurların xəbərçisidir

Bu gün GESCO tərəfdaşlarının ehtiyaclarına uyğun həll variantları təmin etməklə etimada və fərdi yanaşmaya əsaslanan xidmət təklif edir. Bu xidmətlər içərisində strateji əhəmiyyətli obyektlərin mühafizə planının hazırlanması, mümkün risk potensialının dəyərləndirilməsi və yerli landşaft xüsusiyyətlərinə uyğun adekvat həll variantlarının təklif edilməsi xüsusi yer tutur.

Yaxın gələcəkdə şirkət fərdi və risklərə yönəlmiş xidmət yanaşmasını daha da inkişaf etdirməyi və potensial müştərilərin istəyinə uyğun həllər təklif etməyi planlaşdırır.

Şirkət Dövlət Məşğulluq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində intensiv olaraq işsiz vətəndaşlar üçün xüsusi mühafizə təlim kursları keçirir, o cümlədən düşmən işğalından azad edilmiş ərazilərdə çalışan jurnalistlər üçün xüsusi treninqlərin keçirilməsində iştirak etmişdir.

2021-ci ilin oktyabrında Medianın İnkişafı Agentliyi və “Lazarus Training”lə birgə jurnalistlər üçün təşkil olunan bir neçə təlim GESCO-nun bu istiqamətdəki uğurlarından sadəcə bir neçəsidir.

GESCO, həmçinin Azərbaycanın Mühafizə Şirkətləri Assosiasiyasının yaradılmasının ideya müəllifidir. Hal-hazırda ölkədə fəaliyyət göstərən 40-a yaxın mühafizə şirkətini birləşdirməyi hədəfləyən Assosiasiyanın birgə layihələrlə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinə və ümumi təhlükəsizliyin təmin olunmasına töhfə verməsi nəzərdə tutulur.

Biz də öz növbəmizdə “GESCO” şirkətini uğurlu və peşəkar xidmətinin 17 ili münasibətilə təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzu edirik.