Loading...

GESCO SecurITY

Dəyər verdiklərinizi qoruyuruq!

image not found! image not found!
Şirkət haqqında

Güvəndə olmağınız üçün çalışırıq

"GESCO" ASC fiziki mühafizənin təmin edilməsi prinsipləri əsasında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən şirkət, Bakı şəhəri də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, OHSAS 18001 keyfiyyət sisteminin tələblərinə uyğun həyata keçirir.

"GESCO" ASC zəngin fəaliyyət təcrübəsi və 3000-dən artıq  peşəkar heyəti ilə müxtəlif sahələrə mənsub 500-dən çox layihədə mühafizə xidmətini uğurla təşkil etməkdədir. 

Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən "GESCO" beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli və peşəkar xidməti birləşdirir.

Yerli və beynəlxalq təcrübəyə əsaslanan xidmət göstərmək başlıca prioritetimizdir.
Təklif etdiyimiz

Xidmətlər

Dinamik dəyişən cəmiyyətdə qurum və şirkətlərin fəaliyyətini mühafizə xidməti olmadan təsəvvür etmək mümkün deyil. Mühafizə sahəsində mümkün risklərin müəyyən edilməsi, onlara qarşı cavab tədbirlərinin görülməsi istiqamətində səmərəli fəaliyyətin təşkili mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlıq çərçivəsində, fiziki mühafizə, informasiya təhlükəsizliyi, infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizə işinin təşkili, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması, onlara texniki dəstəyin verilməsi də daxil olmaqla, müxtəlif istiqamətlər üzrə müştərilərimizin ehtiyaclarına cavab verən keyfiyyətli xidmət göstəririk. "GESCO" mühafizə şirkəti 18 illik iş təcrübəsi və professional əməkdaşları sayəsində Sizlər üçün mühafizə xidmətini yüksək dəqiqlik və peşəkarlıq prinsipləri çərçivəsində həyata keçirir.

Bizimlə əlaqə

Fiziki mühafizə

İnsanların, binaların, infrastruktur və obyektlərin mühafizəsinin təmin edilməsi

Ətraflı

Tədbirlərin mühafizəsi

Yüksək dəqiqlik, planlaşdırma, tədbir iştirakçılarının təhlükəsizliyi

Ətraflı

Video müşahidə

Video müşahidə sistemlərinin quraşdırılması mühafizə işinin təşkili

Ətraflı

İnformasiya təhlükəsizliyi dəstəyi

Zəruri məlumatların etibarlı mühafizəsi

Ətraflı

Təhlükəsizlik sistemləri

Təhlükəsizlik sistemləri sahəsində ehtiyaclara uyğun xidmətlər

Ətraflı

SƏTƏM xidmətləri

İş yerlərində bədbəxt hadisələrin qarşısının alınması

Ətraflı

Nə üçün biz?

Keyfiyyətli xidmət və etibarlı təhlükəsizlik strategiyasını rəhbər tutan "GESCO" öz işində tərəfdaş və müştərilərinin məmnuniyyət və güvənini qazanmağı ən vacib amillərdən hesab edir.

Yerli və beynəlxalq təcrübə

Yarandığı ildən bugünədək yerli və beynəlxalq təcrübədən istifadə edən "GESCO" bu sahədə sifarişçilərinə keyfiyyətli xidmət təqdim edir.

Müasir texnologiya

Tərəfdaşlarının və müştərilərinin dinamik ehtiyaclarına uyğun xidmət təşkil edən "GESCO" müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edərək, peşəkar yerli xidmətlə texnologiyanın vəhdətini təmin edir.  

Peşəkar əməkdaşlar

"GESCO" əməkdaşlarına öz üzərində çalışmaq, təkmilləşmə imkanı yaradır və işinin peşəkarı olmaq üçün lazımi şəraitlə təmin edir.

Müştəri məmnuniyyəti

18 illik təcrübə əsasında keyfiyyətli xidmət göstərməyi və müştərilərimizin məmnun qalmasını təmin etməyi özümüzə borc bilirik.

Nə üçün biz?
0
Layihə
0
Əməkdaş
0
Müqavilə
0
İllik təcrübə

"Dəyişən ehtiyaclarınız üçün dəyişməz ünvan"

+994 12 310 05 77

Tərəfdaşlar Sifarişçilər