GESCO, 26.05.2005-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı əsasında fəaliyyətə başlamışdır. Öncələr az sayda əməkdaşları olan şirkət, hazırda 1000-dən çox işçi ilə peşəkar xidmət təqdim edir.
01.09.2005-ci ildə, Azərbaycan Dövlət İqtisad Universiteti ilə ilk əməkdaşlıq fəaliyyətinə başlamış GESCO, indiki vaxtadək bu universitet ilə çalışmaqdadır.
01.12.2005-ci ildə, 2-ci uğurlu iş birliyi yaratdığımız Azərtrans LTD ilə də hazırda işləməyə davam edirik. 15 ildir ki, ilk əməkdaşlıq etdiyimiz müəssisələrlə hələ də çalışmağımız, onların məmnuniyyətinin və bizim keyfiyyətli xidmətimizin nümunəsidir.
2014-cü ildə Bakı şəhərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarının təşkili və mühafizəsinin bizə həvalə olunmasından qürur hissi duyuruq.
2015-ci ildə keçirilmiş I Bakı Avropa Oyunlarında, digər mühafizə şirkəti ilə birlikdə bu tarixi tədbirin mühafizəsinin təşkilində iştirak etmişik.
2017-ci ildə ISO 9001 standartını tətbiq edərək və auditdən uğurla keçərək sertifikat əldə etmişik.
2019-cu ildə Heydər Əliyev Mərkəzinin parkında “Azercell Telecom” MMC-nin təşkil etdiyi Rəqəmsal Səma Altında konsertinin mühafizəsi, peşəkar mühafizəçilərimiz sayəsində yüksək keyfiyyətlə, təhlükəsiz və uğurla təşkil olunmuşdur.