GESCO, fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən GESCO, Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, ISO 45001 keyfiyyət standartlarının tələblərinə uyğun həyata keçirir.
GESCO, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 2400-dən artıq güvənilən və öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən 160-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.
Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən GESCO, beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli, peşəkar xidməti birləşdirir.
Dinamik dəyişən cəmiyyətdə qurum və şirkətlərin fəaliyyətinin mühafizə xidməti olmadan təsəvvür edilməsi mümkün deyil. Mühafizə sahəsində mümkün risklərin müəyyən edilməsi, onlara qarşı cavab tədbirlərinin görülməsi istiqamətində səmərəli fəaliyyətin təşkili mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlıq çərçivəsində fiziki mühafizə, informasiya təhlükəsizliyi, infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizə işinin təşkili, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması, onlara texniki dəstəyin verilməsi də daxil olmaqla müxtəlif istiqamətlər üzrə müştərilərimizin ehtiyaclarına cavab verən keyfiyyətli xidmət göstəririk. GESCO şirkəti 16 illik iş təcrübəsi və professional əməkdaşları sayəsində Sizlər üçün mühafizə xidmətini yüksək dəqiqlik və peşəkarlıq prinsipləri çərçivəsində həyata keçirir.
Bizimlə əlaqəİnsanların, binaların, infrastruktur və obyektlərin mühafizəsinin təmin edilməsi
ƏtraflıYüksək dəqiqlik, planlaşdırma, tədbir iştirakçılarının təhlükəsizliyi
ƏtraflıMühafizə və nəzarət sistemləri sahəsində ehtiyaclara uyğun xidmətlər
ƏtraflıYarandığı ildən bugünədək yerli və beynəlxalq təcrübədən istifadə edən GESCO, bu sahədə sifarişçilərinə keyfiyyətli xidmət təqdim edir.
Təlim, sağlamlıq və təhlükəsizlik, ayrı-seçkiliyə yol verilməməsi və digər prinsipləri özündə ehtiva edən, Avropa və beynəlxalq təcrübəyə əsaslanan Xüsusi Təhlükəsizlik şirkətləri üçün Sarayevo Davranış Kodeksi, GESCO tərəfindən tətbiq olunur və ildən-ilə təkmilləşir.
16 illik təcrübəyə dayanaraq keyfiyyətli xidmət göstərmək və müştərilərimizin məmnun qalmasını təmin etməyi özümüzə borc bilirik.
GESCO, əməkdaşlarına öz üzərində çalışmaq, təkmilləşmə imkanı yaradır və işinin peşəkarı olmaq üçün lazımi şəraitlə təmin edir.
Tərəfdaşlarının və müştərilərinin dinamik ehtiyaclarına uyğun xidmət təşkil edən GESCO, müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edərək, peşəkar yerli xidmətlə texnologiyanın vəhdətini təmin edir.