Mühafizə xidmətinin müasir standartlar səviyyəsində və yüksək keyfiyyətlə təşkil edilməsi üçün kadrların peşəkar hazırlığının daim aparılması labüd şərtlərdən biridir.
Azərbaycanda mühafizə xidməti sahəsində peşəkar insan kapitalının formalaşdırılması, şirkətin mövcud kadr potensialının təkmilləşdirilməsi, əməkdaşların peşəkar ehtiyaclarının müəyyən edilməsi və onların ixtisasartırmasının dinamik dəyişən xidmət şəraitinə uyğun təşkil edilməsi GESCO-nun fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Qeyd olunan hədəflərə çatmaq zəruriyyətini nəzərə alaraq, GESCO 2009-cu ildə özünün Təlim-Tədris Mərkəzini təsis etmişdir. Kadr potensialının müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün mərkəzdə tədris aparan heyətin müvafiq sahələr üzrə çoxillik iş təcrübəsinə və akademik biliklərə sahib olan mütəxəssislər arasından seçilməsinə xüsusi önəm verilir.
Mərkəzdə kadr hazırlığı aşağıdakı fənlərin əhatə olunduğu 140 saatlıq tədris proqramı çərçivəsində həyata keçirilir:
Proqramı bitirən məzunların tədris olunmuş bilikləri mənimsəmə səviyyəsi test və qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılır. Kursu uğurla bitirən müdavimlərə müvafiq sertifikatlar təqdim olunur.