“FİZİKİ MÜHAFİZƏ”

“FİZİKİ MÜHAFİZƏ”

VƏ TƏDBİRLƏRİN TƏŞKİLİ
ƏTRAFLI
"KAMERA SİSTEMLƏRİ"

"KAMERA SİSTEMLƏRİ"

VƏ VİDEO MÜŞAHİDƏ
BURADA
"YANĞIN təhlükəsİzlİyİ"

"YANĞIN təhlükəsİzlİyİ"

VƏ SİQNALİZASİYA SİSTEMLƏRİ
ƏTRAFLI

Video

müşahidə

Bəzi hallarda mühafizə olunan ərazinin yerləşdiyi relyefin əlverişsizliyi və kəskin iqlim şəraiti, qorunan ərazinin böyüklüyü, obyekt və ərazidə giriş-çıxışların sayının çoxluğu mühafizə xidmətinə zəruri sayda kadrların cəlb edilməsinə imkan vermir. Bundan əlavə, tələb olunan həcmdə mühafizəçilərin cəlb edilməsi əlavə maliyyə resurslarına ehtiyac yaradır. Bu isə sifarişçilər üçün yeni həll yollarının tapılması zəruriyyətini gücləndirir.

Özəl mühafizə xidmətinin təşkili zamanı peşəkar insan amili ilə müasir texnologiyanın təqdim etdiyi imkanların vəhdətinin yaradılması bu baxımdan çox vacibdir. Qeyd olunan problemlərin həll olunması üçün GESCO şirkəti sifarişçinin istəyi əsasında video müşahidə sistemlərinin tətbiqini həyata keçirir.

Video müşahidə sistemlərinin qurulması üçün qorunacaq obyektin və ərazinin mühafizə xəritəsi şirkətin peşəkar əməkdaşları tərəfindən tərtib olunur. Areala tam nəzarət edə bilmək üçün zəruri hesab edilən nöqtələrdə xüsusi kameralar quraşdırılır. Şifarişçinin xüsusi hesab etdiyi parametrlər də daxil olmaqla, zəruri hesab edilən məlumatlar proqram təminatına daxil edilir. Bununla da GESCO-nun qərargahında yaradılan Video Müşahidə Məntəqəsində ərazinin 24 saat qorunması təmin edilir. Ərazidə baş verən və proqram təminatı tərəfindən normal hesab edilməyən bütün hərəkət və hərəkətsizlik barədə məlumatlar sistem tərəfindən Video Müşahidə Məntəqəsinin növbədə olan operatoruna ötürülür.

Video müşahidə sistemlərinin quraşdırılması mühafizə işinin operativ təşkil edilməsinə və işçi sayına qənaət olunmasına imkan verir.