“FİZİKİ MÜHAFİZƏ”

“FİZİKİ MÜHAFİZƏ”

VƏ TƏDBİRLƏRİN TƏŞKİLİ
ƏTRAFLI
"KAMERA SİSTEMLƏRİ"

"KAMERA SİSTEMLƏRİ"

VƏ VİDEO MÜŞAHİDƏ
BURADA
"YANĞIN təhlükəsİzlİyİ"

"YANĞIN təhlükəsİzlİyİ"

VƏ SİQNALİZASİYA SİSTEMLƏRİ
ƏTRAFLI

Tədbirlərin

təşkili

Yüzlərlə insanın iştirak etdiyi tədbirlərin və qəbulların keçirilməsi təşkilatçılardan yüksək dəqiqlik, planlaşdırma, təhlükəsizlik qaydalarına nəzarət və təşkilat heyətinə daxil olan bütün əməkdaşların sinxron fəaliyyət bacarığını tələb edir.

Öz fəaliyyətini qeyd olunan meyarlara uyğun təşkil etdiyi üçün GESCO şirkəti fərqli dövrlərdə müxtəlif tədbirlərin təşkilinə cəb edilmişdir. Bu qəbildən olan tədbirlərin təşkili zamanı şirkət ən müxtəlif istiqamətlər üzrə fəaliyyəti uğurla həyata keçirə bilmişdir. Belə ki, şirkətin əməkdaşları keçirilən tədbirin xarakterindən asılı olaraq, aşağıdakı funksiyaları yerinə yetirmişdir: 

- giriş-çıxış prosesinin tənzimlənməsi; 
- obyekt daxilində insanların hərəkət planının müəyyən edilməsi və ona nəzarət olunması; 
- tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi; 
- texnogen mənşəli qəzaların baş verməsi risklərinin araşdırılması və ona qarşı tədbirlərin görülməsi; 
- tədbir iştirakçılarının qeydiyyatının aparılması; 
- imtahanlarda nəzarətçi funksiyalarının yerinə yetirilməsi.

Şirkətin iştirak etdiyi əsas kütləvi tədbirlər aşağıdakılardır:
 
1. 2014-cü ildə Bakı şəhərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarının təşkili; 
2. 2015-2016-cı və 2016-2017-ci tədris illləri üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə imtahanların keçirilməsi; 
3. 2015-ci ilin noyabr-dekabr ayları ərzində respublikanın 12 rayon və şəhərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarının təşkili; 
4. 2015-ci ildə keçirilmiş I Bakı Avropa Oyunlarının keçirilməsi; 
5. Fransa-Azərbaycan Universitetinin açılış mərasiminin və tələbələrin qəbulu prosesinin təşkili; 
6. Çin Xalq Respublikasının yaradılmasının 69 illiyi münasibəti ilə JW Marriott Absheron Baku Hoteldə rəsmi qəbulun təşkili; 
7. 2017-ci ildə keçirilmiş Hindistan-Azərbaycan günlərinin təşkili. 
 
Qeyd olunan tədbirlərin uğurlu təşkili və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirə bilməsi təcrübəsinə istinad edərək, GESCO şirkəti istənilən xarakterli kütləvi tədbirlərin təşkilində Sizə dəstək olmaqdan qurur duyur.