“FİZİKİ MÜHAFİZƏ”

“FİZİKİ MÜHAFİZƏ”

VƏ TƏDBİRLƏRİN TƏŞKİLİ
ƏTRAFLI
"KAMERA SİSTEMLƏRİ"

"KAMERA SİSTEMLƏRİ"

VƏ VİDEO MÜŞAHİDƏ
BURADA
"YANĞIN təhlükəsİzlİyİ"

"YANĞIN təhlükəsİzlİyİ"

VƏ SİQNALİZASİYA SİSTEMLƏRİ
ƏTRAFLI
KOMANDAMIZ
Təlim-Tədris mərkəzi

Təlim-Tədris mərkəzi

Mühafizə xidmətinin müasir standartlar səviyyəsində və yüksək keyfiyyətlə təşkil edilməsi üçün kadrların peşəkar hazırlığının daim aparılması labüd şərtlərdən biridir.

Azərbaycanda mühafizə xidməti sahəsində peşəkar insan kapitalının formalaşdırılması, şirkətin mövcud kadr potensialının təkmilləşdirilməsi, əməkdaşların peşəkar ehtiyaclarının müəyyən edilməsi və onların ixtisasartırmasının dinamik dəyişən xidmət şəraitinə uyğun təşkil edilməsi GESGO-nun fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

Qeyd olunan hədəflərə çatmaq zəruriyyətini nəzərə alaraq, GESCO 2009-cu ildə özünün Təlim-Tədris Mərkəzini təsis etmişdir. Kadr potensialının müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün mərkəzdə tədris aparan heyətin müvafiq sahələr üzrə çoxillik iş təcrübəsinə və akademik biliklərə sahib olan mütəxəssislər arasından seçilməsinə xüsusi önəm verilir.

Mühafizə xidmətini təşkil edən əməkdaşların peşəkarlıq səviyyəsinin və xidmət keyfiyyətinin yüksəldilməsi, onlarda peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün mərkəzdə kadr hazırlığı xüsusi tədris planı əsasında həyata keçirilir.

Tədris proqramı

Mərkəzdə kadr hazırlığı aşağıdakı fənlərin əhatə olunduğu 140 saatlıq tədris proqramı çərçivəsində həyata keçirilir:

        - Xüsusi hazırlıq;
        - Hüquqi hazırlıq;
        - Tibbi hazırlıq;
        - Fiziki hazırlıq (özünümüdafiə);
        - Psixoloji hazırlıq;
        - Yanğın əleyhinə hazırlıq;
        - Xarici dil (İngilis dili);
        - İnformatika (ilkin anlayışlar);
        - Texniki vasitələr və avadanlıqlar;
        - Xüsusi hazırlıqdan praktiki məşgələlər;
        - Humanitar hazırlıq.

Proqramı bitirən məzunların tədris olunmuş bilikləri mənimsəmə səviyyəsi test və qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılır. Kursu uğurla bitirən müdavimlərə müvafiq sertifikatlar təqdim olunur.