“FİZİKİ MÜHAFİZƏ”

“FİZİKİ MÜHAFİZƏ”

VƏ TƏDBİRLƏRİN TƏŞKİLİ
ƏTRAFLI
"KAMERA SİSTEMLƏRİ"

"KAMERA SİSTEMLƏRİ"

VƏ VİDEO MÜŞAHİDƏ
BURADA
"YANĞIN təhlükəsİzlİyİ"

"YANĞIN təhlükəsİzlİyİ"

VƏ SİQNALİZASİYA SİSTEMLƏRİ
ƏTRAFLI

Özəl mühafİzə

Dinamik dəyişən cəmiyyətdə qurum və şirkətlərin fəaliyyətinin özəl mühafizə xidməti olmadan təsəvvür edilməsi mümkün deyil. Özəl mühafizə sahəsində mümkün risklərin müəyyən edilməsi, onlara qarşı cavab tədbirlərinin görülməsi və həmin halların nəticələrinin aradan qaldırılması istiqamətində səmərəli fəaliyyətin təşkili mühüm əhəmiyyət kəsb edir.

GESCO şirkəti zəngin iş təcrübəsi və peşəkar əməkdaşları sayəsində uzun illərdir ki, tərəfdaş qurumlar üçün özəl mühafizə xidmətini yüksək dəqiqlik və peşəkarlıq prinsipləri çərçivəsində həyata keçirir.

İnsanların, binaların və inventarın fiziki təhlükəsizliyinin təmin edilməsi, ətraf ərazilərin qorunması, həmin ərazilərə kənar şəxslərin

icazəsiz daxil olması və oranın qanunsuz zəbt edilməsi hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi, mühafizə olunan ərazilərdə təxribatlara və kənar müdaxilələrə qarşı mübarizənin aparılması, buraxılış və obyektdaxili rejim qaydalarının müəyyən edilməsi və onlara əməl olunmasının təmin edilməsi, asayişin qorunması, fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyyəsinin təşkil edilməsi, təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası GESCO şirkətinin mövcud partnyorlarına özəl mühafizə sahəsində göstərdiyi xidmətlərin başlıca istiqamətləridir.

Fəaliyyət göstərdiyi 12 il ərzində GESCO şirkəti qeyd olunan istiqamətlərin hər biri üzrə özəl mühafizə işini yüksək peşəkarlıqla və qürur hissi ilə həyata keçirmişdir.