“FİZİKİ MÜHAFİZƏ”

“FİZİKİ MÜHAFİZƏ”

VƏ TƏDBİRLƏRİN TƏŞKİLİ
ƏTRAFLI
"KAMERA SİSTEMLƏRİ"

"KAMERA SİSTEMLƏRİ"

VƏ VİDEO MÜŞAHİDƏ
BURADA
"YANĞIN təhlükəsİzlİyİ"

"YANĞIN təhlükəsİzlİyİ"

VƏ SİQNALİZASİYA SİSTEMLƏRİ
ƏTRAFLI

GESCO, fiziki təhlükəsizliyin təmin edilməsi prinsipi prioritet olmaqla differensiallaşdırılmış istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 25 iyun 2005-ci il tarixdə təsis edilən GESCO Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001:2015, ISO 14001:2015, OHSAS 18001:2007 Keyfiyyət sertifikatlarının tələblərinə uyğun həyata keçirir.

Şirkət hüquq və mühafizə xidmətinin təşkili sahəsində zəngin faəliyyət ənənələri və 700-dən artıq kompetent işçiləri ilə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 50-dən çox tərəfdaş qurum və şirkətlərə fiziki mühafizə, mal-material dövriyyəsinə nəzarət, yanğından mühafizə işinin qurulması, özəl fiziki mühafizə, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması, onlara texniki dəstəyin verilməsi də daxil olmaqla müxtəlif istiqamətlər üzrə peşəkar xidmət göstərir.

GESCO şirkətinin missiyaları aşağıdakılardır:
- Beynəlxalq təcrübənin mənimsənilməsi və işçilərin bilik və bacarıqlarının mütəmadi təkmilləşdirilməsi hesabına tərəfdaşların fiziki təhlükəsizliyinin yüksək keyfiyyətlə təmin edilməsi və səmərəli konsaltinq xidmətlərin göstərilməsi, bununla da, şirkətin xidmətlərindən istifadə edənlərin xərclərinin azaldılması və risklərin azaldılması;
- Keyfiyyətli və dəqiq xidmət göstərilməsi, eləcə də mühafizə xidmətini təşkil edən

əməkdaşların peşəkarlığı sayəsində tərəfdaşların işgüzar nüfuzunun artırılması.


GESCO şirkətinin vizyonu aşağıdakılardır:
- Azərbaycanda mühafizə işinin təşkili sahəsində beynəlxalq təcrübəyə söykənən yerli ənənələrin və dəyərlərin, eləcə də bu sahənin ölkəmizdə inkişafı üçün zəruri təcrübənin formalaşdırılması və yüksək ixtisaslı insan kapitalının hazırlanması.