Loading...
Dəyər verdiklərinizi qoruyuruq!

GESCO Security

 

 

 

 

 

 

GESCO müasir texnologiya və imkanlarla beynəlxalq təcrübə və keyfiyyət standartlarını yerli, peşəkar xidmətlə birləşdirir.

Daim təkmilləşir, inkişaf edir və yüksək keyfiyyətli xidmət göstəririk

GESCO olaraq

 

 

 

 

 

 

image not found! image not found!
Şirkət haqqında

Güvəndə olmağınız üşün çalışırıq

GESCO fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən GESCO, Bakı şəhəri də daxil olmaqla, Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, OHSAS 18001 keyfiyyət sisteminin tələblərinə uyğun həyata keçirir.

GESCO mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 1200-dən artıq güvənilən və öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən 110-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.

Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən GESCO beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli, peşəkar xidməti birləşdirir.

Yerli və beynəlxalq təcrübəyə əsaslanan xidmət göstərmək başlıca prioritetimizdir.
Təklif etdiyimiz

Xidmətlər

Dinamik dəyişən cəmiyyətdə qurum və şirkətlərin fəaliyyətinin mühafizə xidməti olmadan təsəvvür edilməsi mümkün deyil. Mühafizə sahəsində mümkün risklərin müəyyən edilməsi, onlara qarşı cavab tədbirlərinin görülməsi istiqamətində səmərəli fəaliyyətin təşkili mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlıq çərçivəsində fiziki mühafizə, informasiya təhlükəsizliyi, infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizə işinin təşkili, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması, onlara texniki dəstəyin verilməsi də daxil olmaqla müxtəlif istiqamətlər üzrə müştərilərimizin ehtiyaclarına cavab verən keyfiyyətli xidmət göstəririk. GESCO şirkəti 15 illik iş təcrübəsi və professional əməkdaşları sayəsində Sizlər üçün mühafizə xidmətini yüksək dəqiqlik və peşəkarlıq prinsipləri çərçivəsində həyata keçirir.

Bizimlə əlaqə

Fiziki mühafizə

İnsanların, binaların, infrastruktur və obyektlərin mühafizəsinin təmin edilməsi

Ətraflı

Tədbirlərin mühafizəsi

Yüksək dəqiqlik, planlaşdırma, tədbir iştirakçılarının təhlükəsizliyi

Ətraflı

Video müşahidə

Video müşahidə sistemlərinin quraşdırılması mühafizə işinin təşkili

Ətraflı

İnformasiya təhlükəsizliyi dəstəyi

Zəruri məlumatların etibarlı mühafizəsi

Ətraflı

Təhlükəsizlik sistemləri

Təhlükəsizlik sistemləri sahəsində ehtiyaclara uyğun xidmətlər

Ətraflı

Nə üçün biz?

Keyfiyyətli xidmət və etibarlı təhlükəsizlik strategiyasını rəhbər tutan "GESCO" öz işində tərəfdaş və müştərilərinin məmnuniyyət və güvənini qazanmağı ən vacib amillərdən hesab edir.

Yerli və beynəlxalq təcrübə

Yarandığı ildən bugünədək yerli və beynəlxalq təcrübədən istifadə edən "GESCO" bu sahədə sifarişçilərinə keyfiyyətli xidmət təqdim edir.

Təlim-Tədris Mərkəzi

2009-cu ildən şirkətimizin tərkibində yaradılmış bu mərkəz, mühafizəçilərimizin bilik və bacarıqlarının artırılmasında, işlərini effektiv yerinə yetirmələrində ən qabaqcıl yardımçılarımızdandır.

Müasir texnologiya

Tərəfdaşlarının və müştərilərinin dinamik ehtiyaclarına uyğun xidmət təşkil edən GESCO müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edərək, peşəkar yerli xidmətlə texnologiyanın vəhdətini təmin edir.  

Peşəkar əməkdaşlar

GESCO əməkdaşlarına öz üzərində çalışmaq, təkmilləşmə imkanı yaradır və işinin peşəkarı olmaq üçün lazımi şəraitlə təmin edir.

Sarayevo Davranış Kodeksi

Təlim, sağlamlıq və təhlükəsizlik, ayrı-seçkiliyə yol verilməməsi və digər prinsipləri özündə ehtiva edən, Avropa və beynəlxalq təcrübəyə əsaslanan Xüsusi Təhlükəsizlik şirkətləri üçün Sarayevo Davranış Kodeksi, GESCO tərəfindən tətbiq olunur və ildən-ilə təkmilləşir.

Müştəri məmnuniyyəti

15 illik təcrübəyə dayanaraq keyfiyyətli xidmət göstərmək və müştərilərimizin məmnun qalmasını təmin etməyi özümüzə borc bilirik.

Nə üçün biz?
0
Layihə
0
Əməkdaş
0
Müqavilə
0
İllik təcrübə

"Dəyişən ehtiyaclarınız üçün dəyişməz ünvan"

+994 12 310 05 77

Tərəfdaşlar \ Sifarişçilər