Loading...

SƏTƏM xidmətlərinin konsultasiyası

image not found!

SƏTƏM xidmətlərinin konsultasiyası

İş yerlərində bədbəxt hadisələrin qarşısının alınması və ətraf mühitin mühafizəsi GESCO-nun fəaliyyət istiqamətləri içində mühüm əhəmiyyət kəsb edir.

Xidmət göstərdiyimiz qurumlarda əməyin və ətraf mühitin mühafizəsinin OHSAS 18001 və İSO 14001 beynəlxalq standartlarına uyğun təşkil edilməsinə GESCO əməkdaşları tərəfindən mütəmadi nəzarət həyata keçirilir. Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin (SƏTƏM) mühafizəsi qaydalarının icrası üzrə şirkət tərəfindən dünya təcrübəsinə əsaslanan cari və perspektiv planlar təklif edilir. Mühafizəçilərimiz həmin planlar və müəyyən edilmiş qaydalar çərçivəsində mütəmadi olaraq məlumatlandırılır, tərəfdaş qurumların və müştərilərin ehtiyaclarına uyğun şəkildə təhlükəsizlik texnikasına və ətraf mühitin qorunması qaydalarına əməl olunmasına davamlı nəzarət olunur.

Müştərilərimizin müvafiq ehtiyacları əsasında insan sağlamlığının qorunması, əməyin və ətraf mühitin təhlükəsizliyi istiqamətində plan üzrə kurslar təşkil edilir. Bu sahələr üzrə mövcud və mümkün risklər müəyyən edilir, onların qarşısının alınması üçün zəruri tədbirlər görülür.