Loading...

Video müşahidə

image not found!

Video müşahidə

Bəzi hallarda mühafizə olunan ərazinin yerləşdiyi relyefin əlverişsizliyi və kəskin iqlim şəraiti, qorunan ərazinin miqyası, obyekt və ərazidə giriş-çıxışların sayının çoxluğu mühafizə xidmətinə zəruri sayda kadrların cəlb edilməsinə imkan vermir. Bundan əlavə, mühafizənin peşəkar təşkili üçün tələb olunan sayda şəxsi heyətin cəlb edilməsi əlavə maliyyə resurslarına ehtiyac yaradır. Bu isə potensial müştərilər üçün yeni və effektiv həll yollarının tapılması zəruriyyətini gücləndirir.

Özəl mühafizə xidmətinin təşkili zamanı işinin peşəkarları ilə müasir texnologiyanın təqdim etdiyi imkanların vəhdətini yaradan GESCO şirkəti, qeyd olunan problemlərin həll olunması üçün sifarişçilərinin istəyinə və ehtiyaclarına uyğun şəkildə video müşahidə sistemlərinin tətbiqini həyata keçirir.

Video müşahidə sistemlərinin qurulması üçün mühafizə olunacaq obyektin və ərazinin mühafizə xəritəsi şirkətin əməkdaşları tərəfindən tərtib olunur. Əraziyə tam nəzarət edə bilmək üçün zəruri hesab edilən nöqtələr müəyyən edilir və bu nöqtələrdə xüsusi müşahidə kameraları quraşdırılır. Sifarişçilərin xüsusi hesab etdiyi parametrlər də daxil olmaqla, zəruri hesab edilən məlumatlar proqram təminatına daxil edilir. Bununla da GESCO-nun qərargahında yaradılan Video Müşahidə Məntəqəsində ərazinin 24 saat mühafizəsi təmin edilir. Ərazidə baş verən və proqram təminatı tərəfindən normal hesab edilməyən bütün hərəkət və hərəkətsizlik barədə məlumatlar sistem tərəfindən Video Müşahidə Məntəqəsinin növbədə olan operatoruna ötürülür.

Video müşahidə sistemlərinin quraşdırılması mühafizə işinin operativ təşkil edilməsinə, işçi sayına qənaət olunmasına və büdcə xərclərinizin tənzimlənməsinə imkan verir.