Loading...

Fiziki mühafizə

image not found!

Fiziki mühafizə

İnsanların, binaların, infrastruktur və obyektlərin mühafizəsinin təmin edilməsi, ətraf mühitin qorunması, yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi, mühafizə olunan ərazilərdə təxribatlara və kənar müdaxilələrə qarşı mübarizənin aparılması, buraxılış və obyektdaxili rejim qaydalarının müəyyən edilməsi və onlara əməl olunmasının təmin edilməsi, asayişin qorunması, fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyyəsinin təşkil edilməsi, təhlükəsizliyin təmin edilmə səviyyəsinin mütəmadi olaraq təkmilləşdirilməsi GESCO şirkətinin tərəfdaşlarına və Sizlərə göstərdiyi özəl mühafizə sahəsindəki xidmətlərin başlıca istiqamətləridir.

Fəaliyyət göstərdiyi 15 il ərzində GESCO qeyd olunan istiqamətlərin hər biri üzrə özəl mühafizə işini yüksək peşəkarlıq və qürur hissi ilə həyata keçirmiş, müştərilərinin ehtiyaclarına uyğun xidmət təşkil etməklə güvənilən və etibarlı müəssisə olduğunu sübut etmişdir.