Loading...

Müşahidə Şurasının sədri

İlham Nağıyev

«GESCO» ASC Müşahidə Şurasının Sədri

Qlobal problemlərin və risk amillərinin meydana çıxdığı dünyada mühafizə və təhlükəsizlik məsələləri hər zaman olduğundan daha vacib sahəyə çevrilməkdədir. İstər dünya, istərsə də yerli miqyasda atacağınız addımların, hədəflərinizin və gələcək layihələrinizin sağlam təməllər üzərində inşası mühafizə işi ilə birbaşa olaraq əlaqəlidir. 15 il öncə yaranmış şirkətimiz, tədbirlərin təşkilindən zəruri informasiyanın təhlükəsizliyinin təmin edilməsinə qədər önəmli hesab etdiyiniz hər bir şeyin mühafizəsini təmin etmək ehtiyacından doğmuşdur.

Tərəfdaşlarımızın mühafizə ehtiyaclarını layiqincə qarşılamaq, onlara etibarlı və güvənilən, beynəlxalq təcrübə və keyfiyyət standartlarına uyğun xidmət təşkil etmək istədiyimiz ən böyük istək və arzumuz idi. Bu gün tərəfdaşlarımızın bizə olan etibarı ən böyük uğurumuzdur!

Daim yenilənən texnoloji imkanlarla peşəkar xidməti birləşdirən GESCO, müxtəlif istiqamətlərdə mühafizə işinin operativ təşkilini, tərəfdaş qurumların risklərinin əvvəlcədən müəyyən edilib, səmərəli şəkildə həll olunmasını təmin edir. Beynəlxalq təlimlərin iştirakçısı olmuş peşakar mütəxəssislərimiz müasir texnologiyaların dəstəyi ilə mühafizə işini növbəti səviyyəyə yüksəldir. Geniş təcrübəyə malik olan əməkdaşlarımız ölkənin bir çox regionlarında, fərqli şərtlər altında mühafizə xidməti həyata keçirirlər.

GESCO fəaliyyətində dürüstlük, peşəkarlıq və dəqiqlik prinsiplərini rəhbər tutaraq, tərəfdaşlarımızın istəklərinə uyğun etibarlı və güvənilən xidmət təşkil edir.
 
Biz “Yerli və beynəlxalq təcrübəyə əsaslanan xidmət göstərmək, başlıca prioritetimizdir.” şüarı ilə dinamik ehtiyaclarınıza uyğun xidmətimizlə güvən yaradır və təhlükəsiz məkan üçün çalışırıq.
 
Hörmətlə, 
İlham Nağıyev
Müşahidə Şurasının sədri