Loading...

Şirkət haqqında

image not found! image not found!
Şirkət haqqında

Güvəndə olmağınız üçün çalışırıq

"GESCO" ASC fiziki mühafizənin təmin edilməsi prinsipləri əsasında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən şirkət, Bakı şəhəri də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, OHSAS 18001 keyfiyyət sisteminin tələblərinə uyğun həyata keçirir.

"GESCO" ASC zəngin fəaliyyət təcrübəsi və 3000-dən artıq  peşəkar heyəti ilə müxtəlif sahələrə mənsub 500-dən çox layihədə mühafizə xidmətini uğurla təşkil etməkdədir. 

Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən "GESCO" beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli və peşəkar xidməti birləşdirir.

Yerli və beynəlxalq təcrübəyə əsaslanan xidmət göstərmək başlıca prioritetimizdir.
18 illik təcrübə

Tariximiz

2005-ci il, mayın 26-da yaradılan “GESCO” ASC “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi razılığı (lisenziyası) əsasında fəaliyyət göstərir. Şirkət yalnız Bakıda deyil, ölkənin müxtəlif bölgələrində də mühafizə işini təşkil edir və Sizlərə 18 illik mühafizə xidməti təcrübəsi təklif edir.

İlbəil əməkdaşlarımızı, fəaliyyət istiqamətlərimizi və xidmət səviyyəmizi təkmilləşdirir, etibarlı və keyfiyyətli xidmət təqdim etmək üçün çalışırıq. 2017-ci ilədək yerli təcrübələrdən, 2017-ci ildən etibarən isə beynəlxalq təcrübələrdən istifadə etməklə inkişafa, dünyəvi praktikaya və daha da dəyərli xidmət göstərməyə çalışır, ISO standartları əsasında fəaliyyət göstəririk. 

2005
Yaranma tariximiz

"GESCO" mühafizə şirkəti 26.05.2005-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı əsasında fəaliyyətə başlamışdır. Şirkət hazırda 3000-dən artıq əməkdaş sayı ilə peşəkar mühafizə xidməti təqdim edir.

İlk müqaviləmiz

01.09.2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti ilə ilk əməkdaşlıq fəaliyyətinə başlamış "GESCO" ASC universitetdəki mühafizə xidməti faəliyyətini bu gün də davam etdirməkdədir.

2-ci müqaviləmiz

01.12.2005-ci ildə 2-ci uğurlu layihəmiz olan "Azərtrans" LTD ilə də hazırda əməkdaşlığa davam edirik. Fəaliyyətə başladığımız ilk illərdən birlikdə çalışdığımız müəssisələrə hələ də xidmət göstərməyimiz 18 illik məmnuniyyət və keyfiyyətin bariz nümunəsidir. 

2014
İlk kütləvi tədbirin təşkili

2014-cü ildə Bakı şəhərində keçirilmiş "Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi" imtahanlarının təşkili və mühafizəsinin bizə həvalə olunmasından qürur hissi duyuruq. Bununla da sonrakı daha böyük və genişmiqyaslı kütləvi tədbirlərdə mühafizə xidməti təcrübəmizin təməli qoyuldu. 

2015
Beynəlxalq təcrübə

2015-ci ildə keçirilmiş I Bakı Avropa Oyunlarında, digər mühafizə şirkəti ilə birlikdə, bu tarixi tədbirin mühafizəsinin təşkilində iştirak etmişik. Bu proseslərin davamı kimi  mühafizəsini təmin etdiyimiz "Formula 1 qran piri" (2023), "Şahmat üzrə dünya kuboku" (2023), "Redbull beynəlxalq rəqs" (2023) yarışlarının adını qeyd edə bilərik. 

2017
İlk beynəlxalq sertifikatımız

2017-ci ildə ISO 9001 standartını tətbiq edərək və auditdən uğurla keçərək sertifikat əldə etmişik. Şirkət hazırda ISO 9001, ISO 14001, ISO 45001 standartları əsasında fəaliyyətini davam etdrir. 

2019
Güclü tərəfdaşlıqlar

2019-cu ildə Heydər Əliyev Mərkəzinin parkında “Azercell Telecom” MMC-nin təşkil etdiyi "Rəqəmsal səma altında" konsertinin mühafizəsi peşəkar mühafizəçilərimiz sayəsində yüksək keyfiyyətlə, təhlükəsiz və uğurla təşkil olunmuşdur.