26 may tarixində GESCO şirkəti fəaliyyətinin 20 illik yubileyinə həsr olunmuş tədbir təşkil etdi. Yubiley mərasimində şirkətin keçdiyi inkişaf yolu, əldə etdiyi nailiyyətlər və gələcək strategiyası təqdim olundu. Tədbirdə uzun illər şirkətə töhfə vermiş əməkdaşlar xüsusi mükafatlarla təltif edildi, həmçinin tərəfdaşlara və müştərilərə minnətdarlıq ifadə olundu. 20 illik yubiley, GESCO-nun peşəkarlıq, etibarlılıq və davamlı inkişaf prinsiplərinə sadiqliyinin növbəti göstəricisi kimi qeyd olundu.