Loading...

16 illik təcrübənin yeni ünvanı - GESCO

Image not found!

16 illik təcrübənin yeni ünvanı - GESCO

Davamlı olaraq dəyişən müasir dünyamızda ayrı-ayrı qurum və şirkətlərin fəaliyyətinin mühafizə xidməti olmadan təsəvvür etmək qeyri-mümkündür. Etibarlı və keyfiyyətli mühafizə sizin uğura gedən yoldakı ən güvənilən tərəfdaşınızdır. Daimi olaraq uğurlara fokuslanmaq və strateji hədəflərinizə doğru inamla addımlamaq mühafizə və təhlükəsizlik ehtiyacı doğurur, vaxtınızı və imkanlarınızı vahid məqsəd üçün səfərbər etməyinizə əngəl törədir. Bu baxımdan şirkətinizdə mühafizə sahəsində mümkün risklərin müəyyən edilməsi, bu risklərə qarşı müvafiq cavab tədbirlərinin görülməsi və ən əsası işinizin davamlılığının təmin edilməsi üçün səmərəli xidmət olduqca önəmlidir.

2005-ci ildən etibarən fəaliyyət göstərən GESCO mühafizə şirkəti məhz bu zərurətdən yaranıb. Artıq 16-cı ildir ki, şirkət tərəfdaş olduğu qurumlar üçün etibarlı və güvənilən xidmət təmin etməklə öz peşəkar fəaliyyətini icra edir. Gördüyü işlə həm öz keyfiyyətini göstərən GESCO, həm də uğura gedən yolda bir çox şirkətin və qurumun etibarlı tərəfdaşı olmağı bacarıb.

Bu müddət ərzində GESCO təkcə beynəlxalq standarlara uyğun fəaliyyət təmin etməyib, həm də öz uğurlu fəaliyyəti ilə mühafizə sahəsində yeni standartları müəyyən edib. Mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi, 2100-dən artıq peşəkar şəxsi heyət, müasir standartlara uyğun xidmət, texnologiya ilə insanın vəhdini təmin etməsi ilə uğurlu örnək yaratmağa nail olub.

Bir şirkəti böyük edən onun tərəfdaşlarının böyüklüyü və uğurlarıdır. Bu baxımdan müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 140-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq GESCO-nun fəaliyyəti dövründə imza atdığı ən böyük uğuru hesab oluna bilər.

Hər şeydən öncə keçən 16 illik müddət ərzində GESCO keyfiyyətli xidmət və etibarlı təhlükəsizliyin ünvanı olmağı bacarıb. GESCO-nu digər rəqibləri ilə müqayisədə üstün edən digər cəhət isə davamlı olaraq yenilən xidmət istiqamətlərinə malik olmasıdır. Beynəlxalq təcrübəni izləyən və öz fəaliyyətinə tətbiq edən şirkət, fəaliyyətində müasir texnoloji imkanlarla qarşılıqlı inteqrasiyanı da uğurla təmin etməyi bacarır.

Mühafizə və təhlükəsizlik sahəsində artıq ənənəvi istiqamətlər hesab olunan fiziki mühafizə, müxtəlif obyekt və infrastrukturların təhlükəsizliyinin təmin olunması ilə yanaşı şirkət innovativ sahələrdə də özünü təsdiq etməyi bacarır. Xüsusilə informasiya təhlükəsizliyi, video müşahidə və ətraf mühitin mühafizəsi kimi sahələrdə keyfiyyətli xidmət təqdim etməklə, mühafizə işini yüksək dəqiqlik və peşəkarlıq prinsipləri çərçivəsində həyata keçirir.

GESCO ilə tərfədaş şirkətləri birləşdirən amil təkcə biznes ortaqlığı deyil. Sizinlə qarşılıqlı güvən mühiti inşa etmək və keyfiyyətli xidmətin təşkili şirkətin təməl hədəfləridir. Bir çox hallarda şirkətlər mühafizənin təşkilində relyef və iqlim şəraiti, yetərli kadr əskikliyi kimi problemlərlə qarşılaşır. Daha peşəkar və üstün xidmət isə ciddi maliyyə xərcləri tələb edir. GESCO isə təklif etdiyi yeni və effektiv həll yolları, öz işinin peşəkarı olan və operativ şəxsi heyətlə tərəfdaş qurumlar üçün keyfiyyətli və səmərəli xidmət təmin edir.

GESCO 16 illik peşəkar təcrübəni yeni dövrün reallıqları ilə sintezini təklif edir. Müasir texnologiyanın təqdim etdiyi imkanlar və peşəkar xidmətlə şirkət tərəfdaşları üçün mühafizə işinin operativ təşkil edilməsinə və maliyyə xərclərinin tənzimlənməsinə imkan verir. 

Hər bir işin ayrılmaz tərkib hissəsi heç şübhəsiz ki, iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması və ətraf mühitin mühafizəsi ilə bağlıdır. 

Göstərilən xidmətin keyfiyyəti qarşıya qoyulan tapşırıqların mükəmməl şəkildə icra olunması ilə yanaşı çevrə dostu fəaliyyətin də aparılmasına əsaslanır. GESCO bu baxımdan hər bir tərəfdaş qurumun birgə fəaliyyət göstərmək arzusunda olduğu şirkətdir. Öz xidməti heyəti üçün davamlı şəkildə insan sağlamlığının qorunması, əməyin və ətraf mühitin təhlükəsizliyi istiqamətində kurslar təşkil edən GESCO, tərəfdaş qurumların və müştərilərin ehtiyaclarına uyğun şəkildə təhlükəsizlik texnikasına və ətraf mühitin qorunması qaydalarına əməl olunmasına da zəmanət verir.