Loading...

”Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir

Image not found!

”Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil edilən "Mühafizəçi" ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir.
Təlim, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə "GESCO" ASC ilə əməkdaşlıqda həyata keçirilir.
Təlim iştirakçıları qanunvericilik, tibbi, psixoloji, xüsusi və texniki hazırlığa, yanğınsöndürmənin əsasları üzrə intensiv dərslərə cəlb ediləcəklər.
Təlimi müvəffəqiyyətlə bitirən şəxslər "GESCO" ASC tərəfindən işlə təmin ediləcək.

  • İlkin seçim meyarları:

20 yaşdan yuxarı şəxslər;
Hərbi xidmət keçmiş şəxslər (qadınlar istisna olmaqla);
Məhkumluğu olmayan şəxslər;
Fiziki cəhətdən sağlam şəxslər;
Minimum orta təhsilli şəxslər.

  • Son mərhələdə seçilmiş şəxslərdən aşağıdakı sənədlər tələb ediləcək:

sağlamlıq haqqında arayış;
məhkumluq haqqında arayış;
hərbi xidmətdə olduğuna dair təsdiqedici sənəd .
Təlimin müddəti: 1.5 ay

  • Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində təşkil ediləcək.
  •  Seçim prosesi (ı) ərizələrin qəbulu, (II) müsahibə və (ııı) tələb edilən sənədlərin qəbulu mərhələlərindən ibarətdir.
  • Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat təqdim ediləcək.
  • Müraciətləri 30 dekabr, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz: