Loading...

“GESCO”nun əməkdaşı karate üzrə çempionatın qalibi oldu

Image not found!

“GESCO”nun əməkdaşı karate üzrə çempionatın qalibi oldu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş VKC-növləri üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan Karate Federasiyası tərəfindən turnir təşkil edilmişdir.

“GESCO” mühafizə şirkətinin əməkdaşı Muradov Amid 62 kq. çəki dərəcəsində 18 üstü (18+) yaş qrupunda 1-ci yeri tutaraq qızıl medal və diplomla təltif olunmuşdur.

Qeyd edək ki, “GESCO” ASC fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir.

Şirkət, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 2400-dən artıq güvənilən və öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən 160-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.