Loading...

Tədbirlərin mühafizəsi

image not found!

Tədbirlərin mühafizəsi

Mötəbər tədbirlərinizin və qəbullarınızın keçirilməsi təşkilatçı kimi Sizdən yüksək dəqiqlik, planlaşdırma, tədbir iştirakçılarının təhlükəsizliyi, zəruri təhlükəsizlik qaydalarına nəzarət və təşkilat heyətinə daxil olan əməkdaşların birgə fəaliyyətinin təşkilini tələb edir.

GESCO təhlükəsizlik şirkəti mötəbər tədbirlərinizin və məxsusi qəbullarınızın peşəkar təşkilində sizin etibarlı yardımçınız ola bilər. Öz fəaliyyətini Sizlərin ehtiyaclarına və tələb olunan meyarlara uyğun təşkil etdiyi üçün GESCO fərqli dövrlərdə müxtəlif tədbirlərin təşkilini həyata keçirmişdir. Uğurla icra etdiyi layihələrlə müştəri məmnuniyyəti və güvən yaratmağı bacaran GESCO, bu qəbildən olan tədbirlərin təşkili zamanı ən müxtəlif istiqamətlər üzrə fəaliyyətini peşəkar şəkildə həyata keçirmişdir.

GESCO əməkdaşları keçiriləcək tədbirlərin xarakterindən və müştərilərin dinamik ehtiyaclarından asılı olaraq, aşağıdakı funksiyaları yerinə yetirməkdədir:

  • giriş-çıxış prosesinin tənzimlənməsi
  • obyekt daxilində insanların hərəkət planının müəyyən edilməsi və ona nəzarət olunması
  • tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi
  • texnogen mənşəli qəzaların baş verməsi ehtimalının müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi
  • tədbir iştirakçılarının qeydiyyatının aparılması
  • imtahanlarda nəzarətçi funksiyalarının yerinə yetirilməsi