Loading...

Xidmətlər

Xidmətlər

Dinamik dəyişən cəmiyyətdə qurum və şirkətlərin fəaliyyətinin mühafizə xidməti olmadan təsəvvür edilməsi mümkün deyil. Mühafizə sahəsində mümkün risklərin müəyyən edilməsi, onlara qarşı cavab tədbirlərinin görülməsi istiqamətində səmərəli fəaliyyətin təşkili mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlıq çərçivəsində fiziki mühafizə, informasiya təhlükəsizliyi, infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizə işinin təşkili, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması, onlara texniki dəstəyin verilməsi də daxil olmaqla müxtəlif istiqamətlər üzrə müştərilərimizin ehtiyaclarına cavab verən keyfiyyətli xidmət göstəririk. GESCO şirkəti 15 illik iş təcrübəsi və professional əməkdaşları sayəsində Sizlər üçün mühafizə xidmətini yüksək dəqiqlik və peşəkarlıq prinsipləri çərçivəsində həyata keçirir.